Günün ulduz falı - 11 iyun
11
iyn
2018
00:05
BAKU.WS sabahın - 27 aprelin ulduz falını təqdim edir:QOÇ – Təhlükəli, kritik gündür. Əhval-ruhiyyəniz kəskin şəkildə düşə bilər, baş ağrılarınız gözlənilir. Kənar şəxslərlə qarşı-qarşıya gəlməniz sizin xeyrinizə işləməyə bilər. Həyat üçün təhlükəli vəziyyət yarana bilər.BUĞA – Gün ikili xarakter daşıyır; birinci yarısı görüşlər və ünsiyyət üçün uğurludur. Tərəf müqabilinizlə münasibətlərinizi möhkəmlədə, eləcə də əhatənizi genişlədə bilərsiz. Özündən razılıq hissi yarana bilər. Bu isə şəxsi və karyera sahəsində anlaşılmazlığa gətirib çıxaracaq.ƏKİZLƏR – Səsli-küylü kompaniyalardan uzaq olun. Yaxın insanla münaqişə yarana bilər. Yalnız təxirəsalınmaz məişət problemlərilə məşğul olun. İşlərinizi mümkün qədər sabaha saxlayın.XƏRÇƏNG – Həftənin ilk iş günü sizi qorxutmasın. Enerjiniz həm iş, həm də şəxsi müstəvidə sizi yarı yolda buraxmayacaq. Daxili dünyanız təzadlarla doludur. Ürəyinizin səsinə qulaq asın. Yalnız bu yolla rahatlıq tapa biləcəksiz. ŞİR – Sağlamlığınız üçün təhlükəli gündür. Özünüzü qoruyun. Xırda xoşagəlməzliklər kefinizi poza bilər. Münasibətlərdə təmkinli olun.QIZ – Kritik gündür. Qeyri-stabil əhval-ruhiyyə nümayiş etdirəcəksiz.Zəif əsəb sisteminiz hər xırda məsələyə qıcıq olmanıza səbəb olacaq. TƏRƏZİ – Yaxşı gündür. Bu gün əliaçıq olun. Çoxdan istədiyiniz əşyanı ala bilərsiz. Bütün işlərinizi gələn həftəyə təxirə salın və günü ailənizə həsr edin.ƏQRƏB – Bu gün planlarınızda dəyişiklik hazırlayır. Tanışlıq və səyahət üçün əlverişli gündür. Yeni təəssürlara çox ehtiyacınız var. Mənəvi və psixoloji durumunuzu yalnız bu üsulla stabilləşdirə bilərsiz.OXATAN – Yeni tanışlıqlarda diqqətli olun. Kimsə sizin güvəninizdən öz məkrli məqsədlərində istifadə edə bilər. Bu isə sizi məyus edəcək. Aldanmamaq üçün heç kimə güvənməyin.OĞLAQ – Çalışın özünüzü şəxsi maraqlarınız və sevimli məşğuliyyətinizlə tam yükləməyin. Ünsiyyət üçün yer saxlayın. Sizin diqqətsizliyinizdən əzab çəkən yaxınlarınız barədə düşünün. Sağlamlığınızı və əsəblərinizi qoruyun. DOLÇA – Gün itkini simvolizə edir. Buna görə də böyük həcmli alış-verişlərdən imtina edin, xərcləri məhdudlaşdırın, əşyalara ehmal yanaşın. Ailə münasibətlərində gərginlik gözlənilir.BALIQLAR – Xoş və xoş olmayan gözlənilməzliklər ola bilər. Ola bilsin sərfəli müqavilə bağlamaqda bəxtiniz gətirəcək. Yalnız bütün gücünüzü və diqqətinizi həmin işə yönəltsəniz uğur qazana bilərsiz. BAKU.WS
Oxşar xəbərlər
Cümə gününün ulduz falı - 01.06.2018
BAKU.WS günün - 4 mayın ulduz falını təqdim edir:QOÇ - Bu gün uğurlu gündür. Bu gün istənilən imkanlardan istifadə edib maddi və ya şəxsi həyatınızı yaxşılığa d...