Günün ulduz falı - 24.05.2018
24
may
2018
00:05
BAKU.WS cümə axşamının - 24 may tarixinin ulduz falını təqdim edir:QOÇ - Əvvəlcədən planlaşdırılmış maliyyə əməliyyatları və ya alış-veriş üçün şanslı gündür. İşgüzar görüşləri günün birinci yarısına salın. Günün ikinci yarısı səhvlər edə bilərsiz. Axşam saatlarında şəxsi həyatda məyusluq gözlənilir.BUĞA - Ulduzlar əvvəlki kimi səhhətinizdə yarana biləcək təhlükəyə işarə edir. Özünüzü çox yormayın, riskli fiziki işlərdən uzaq olun. Macəra axtarmağın zamanı deyil. İmkan tapsanız dincəlin. Özünüzü unutmayın!ƏKİZLƏR - Uğursuz gündür. Yeni işlərdə çətinliklər yarana bilər. Xarici tərəfdaşla iş aparan Əkizlərdə maliyyə itkiləri istisna edilmir. Sağlamlığınıza diqqət edin, xroniki xəstəliyin ağırlaşması gözlənilir. Profilaktika ilə məşğul olun. Narahat həyat tərzi, işlərin çoxluğu həyat enerjinizi azaldacaq. XƏRÇƏNG - Qarışıq gündür. Günün birinci yarısında xoş xəbərlər sizi sevindirəcək. İkinci yarısında isə yaranmış vəziyyət kefinizi pozacaq. Bu üzdən aktivlik nümayiş etdirməyin. Təkliyə çəkilib kitab oxuyun və ya televizora baxın. Həftənin ortası olmasına baxmayaraq gücünüz azalıb. Axşam saatlarını istirahətə ayırın.ŞİR - Uğurlu gündür. Məqsədlərinə çatmaq üçün şansınız gətirəcək. İşgüzar və ya şəxsi həyatda bütün məsələlər sizin xeyrinizə nəticələnək. Ünsiyyətlərdə təmkin nümayiş etdirin, sizi özünüzdən çıxarmaq istəyənlərə rəvac verməyin. Qısqanclıq sevdiyiniz insanla münasibətlərinə xələl gətirməyəcək, əksinə daha da möhkəmlənəcək. QIZ - Çox yaxşı gündür. Bütün işlərdə istədiyiniz nəticəni əldə edəcəksiz. Bədxahlarınız sizə maneələr yaratmaq istəsələr də, bu onlarda alınmayacaq. Ailədə və iş yerində hormoniya hökm sürəcək.TƏRƏZİ - Yaxşı gün deyil. Şəxsi həyatınızda problem istəmirsinizsə anlayış göstərin. Səhvsiz insan yoxdur və hər kəsin səhv etmək hüququ var. Səhvinizi etiraf etməkdən çəkinməyin. Bu sizə ancaq xeyir gətirəcək. ƏQRƏB - Bu günü mədəni istirahətə həsr edin. Sərgiləri, muzeyləri, konsert zallarını gəzin. Uşaqlarınızı da özünüzlə götürsəniz daha yaxşıdır. Aldığınız təəssüratlar sizə qəlbən rahatlıq gətirəcək. Gələn iş həftəsində daha coşğu ilə çalışacaqsız. OXATAN - Gərgin gündür. Az tanıdığınız insanlarla ünsiyyəti məhdudlaşdırın. Anlaşılmazlıq mübahisəyə səbəb ola bilər. Səbr və təmkin nümayiş etdirməniz tələb olunur. Belə etməsəniz uzun müddətli münaqişənin əsasını qoymuş olacaqsız.OĞLAQ - Bütün mənalarda əlverişli gündür. Məqsədə gedən yolda bütün sədləri və sınaqları aşacaqsız. Lakin sağlamlığıınızı təhlükəyə atmayın. Fiziki və əsəbi gərginlikdən uzaq olun. İşlərin çoxluğu həyat tonusunuzu aşağı sala bilər. Sizə istirahət lazımdır.DOLÇA - Uğurlu gündür. Uşaqların maraqlı sizdən diqqət və şəxsi iştirak tələb edir. Bu gün tərəf müqabilinizlə bir çox məsələlərdə razılaşma əldə edəcəksiz. Həyat sizin istədiyiniz kimi davam edir. Bu şansdan istifadə edin.BALIQLAR - Kritik gündür. Səyahətə hazırlaşanlar ehtiyatlı olsunlar. Bu gün yaxşı formada deyilsiz. Sağlamlığınızın qayğısına qalın. Macəra axtarmayın. Sakit istirahət sizə ehtiyat enerji toplamağa kömək edəcək.BAKU.WS
Oxşar xəbərlər
Cümə gününün ulduz falı - 18.05.2018
BAKU.WS cümə axşamının - 18.05.2018 tarixinin qoroskopunu təqdim edir:QOÇ - Gərgin gündür. Maliyyə itkiləri gözlənilir. Rəhbərliyə müraciət etmək üçün əlverişli...