Günün ulduz falı - 14 avqust
14
avq
2018
00:12
BAKU.WS günün - 14 avqust tarixinin qoroskopunu təqdim edir:Qoç - Gün uğurla başlayacaq. Maliyyə uğurları gözlənilir. Lakin planlaşdırılmamış xərclər istsina deyil. Yaxınlarınızın əməllərinə görə cavabdeh deyilsiz. Lakin ailə üzvlərinizin problemlərini həll edin. Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər. Yaşlı qohumlarla münasibətlərdə problemlər yarana bilər.Buğa - mənfi təsiri güclü olsa da, ümidsiz gün deyil. Çox xoşagəlməz, arzuolunmaz vəziyyətlər yaranacaq, lakin hər bir problem asanlıqla öz həllini tapacaq. Planlaşdırılmamış gəlir istisna deyil. İntuisiyanıza güvənin, yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha çox işinizə yarıyacaq.Əkizlər - İradə və qətiyyət tələb edən gündür. Bu gün onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz. Planlarınızı dəyişdirəcək məlumat alacaqsınız. Ulduzlar sizə nikbin olmağı məsləhət görür. İşgüzar danışıqlar, iş yerinin dəyişdirilməsi ilə bağlı yekun qərar qəbul etməyə tələsməyin. Xərçəng - Çox aktiv gündür. Siyasi və ictimai prolseslərə maraq arta bilər. Ədalət uğrunda mübarizədə güclü rəqiblə qarşılaşsanız da, geri çəkilməyin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun. Şir - Zehni və emosional yük tələb etməyən işlərlə məşğul olun. Bu gün enerjinizin səviyyəsi çox aşağıdır. Ən yaxşısı, işgüzar görüşləri təxirə salın. Şəxsi məsələlərdə diqqətli davranın. Dəyər verdiyiniz insanı anlamağa çalışın. Qız - Bu gün istədiyinizdən artıq güzəştə getməli olacaqsınız. Hadisələrə təsir imkanı çox azdır. Əməllərdə yox, alınan xəbərlərin təhlilində aktiv olun. Maddi məsələlərdə problem yarana bilər. Borc verməyin. Münasibətləri aydınaşdırmağa çalışsanız, münaqişə yarana bilər. Tərəzi - Bu gün uzun zamandır sizi çox maraqlandıran suallara cavab tapmaq imkanı əldə edəcəksiz və bir çox qaranlıq məqamlara aydınlıq gətirəcəksiz. Dostlarla görüşün, qonaq gedin və ya qonaq qəbul edin. Şəxsi münasibətlərdə qısqanclıq üçün səbəb yaratmayın. Əks təqdirdə başağrısı olacaq.Əqrəb - Diqqət tələb edən gündür. Hadisələri özbaşına buraxmayın, hər bir işdə qaydaya nəzarət edin. İşlərə məsuliyyətli yanaşın, amma şəxsi münasibətləri də unutmayın. İtirilmiş hissləri geri qaytarmaq niyyəti yarana bilər. Mübahisə etməyin, münasibətlərə aydınlıq gətirməyin zamanı deyil.Oğlaq - Heç də pis gün deyil. Hadisələrin ritminə uyğun hərəkət edin. Səbrli, dözümlü olun, emosiyaların tələsinə düşməyin. Çətin məsələlərin həlli və müzakirəsi üçün yaxşı gündür. Mühüm görüşü günorta saatlarında keçirin. Məhz bu zaman həmsöhbətlə asanlıqla dil tapa bilərsiniz.Dolça - Yeni perspektivlər və imkanların yarandığı gündür. Vədlər verən insanlara asanlıqla inanmayın. İndi arxasınca getməyə hazır olduğunuz, inandığınız insandan əslində mümkün qədər uzaq durmalısınız. Maliyyənizlə risk etməyin. Səfərə yollanmaq fikrinə düşsəniz, ailə üzvlərinizi də unutmayın. Balıqlar - Qarışıq, mürəkkəb gündür. Ən maraqlı imkanlarla üzləşə bilərsiniz. Uğurlu olun, işgüzar əlaqələr və şəxsi münasibətlər sahələrində qayda yaradın. Günün ikinci yarısında çox xeyirli təklif alacaqsız. Rədd etməyin. Çəkinməyin, risk edin. Gəlir istisna deyil.BAKU.WS
Oxşar xəbərlər
Avqust ayının ilk gününün ulduz falı
BAKU.WS bu günün qoroskopunu təqdim edir: Qoç - İşgüzar səfər ehtimalı var. İş yerində səmimi olun. Karyeranızı zərbə altına qoymaq istəmirsizsə, həmkarlarla və...