Günün ulduz falı - 15.05.2018

Günün ulduz falı - 15.05.2018
Şou-biznes 3788
BAKU.WS günün - 15 may tarixinin ulduz falını təqdim edir: QOÇ - Müsbət gündür. Bir qədər əvvəl yaranmış problemləri asanlıqla həll edəcəksiz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Yeni dost və müttəfiq qazana bilərsiniz. Yaxın çevrəniz sizə hörmət bəsləyir. Onlardan yardım istəməkdən çəkinməyin.Hisslərin əsiri olmayın. Bəzi insanlar barədə onların layiq olduqlarından yaxşı düşünməyin. BUĞA - Sizin üçün tamamilə yeni fəaliyyət sahəsində uğurlara nail ola bilərsiniz. Yeni müttəfiq və ya tərəfdaş seçməkdə intuisiya yardımçınız olacaq. Etimada layiq olmayan insanları yaxın buraxmayın. Diqqət, xüsusi zəhmət tələb edən işlərlə məşğul ola bilərsiniz.Günün ikinci yarısında işgüzar fəallığınız yüksək olacaq. Bütün diqqəti işə ayırıb şəxsi həyatı unudacaqsız. ƏKİZLƏR - Maliyyə uğurlar olacaq. Bu gün bağlanan müqavilələr və əldə edilən razılaşmalar yaxşı gəlir vəd edir. Danışıqlar yaxşı keçir. Nüfuzlu tərəfdaşlardan biri ilə qeyri-formal şəraitdə müzakirələr aparmaq olar. Yeni tanışlar sizə zahiri görünüşünüzə görə qiymət verirlər. Yaxınlarınızdan birin alacağınız qəfil xəbər sizi sevindirəcək. Planlarınızda müəyyən dəyişikliklər gözlənilir.XƏRÇƏNG - Gərgin, mürəkkəb gündür. Tələskənlik və qarğaşa şəraitində özünüzü rahat hiss etmirsiniz. Mənfi emosiyaların təsirinə düşməyin. Bütün diqqəti işə ayırın. Diqqətsizlik acı yanlışlıqlara səbəb ola bilər. Günün ikinci yarısında maliyyə itkiləri, mənasız xərclər istisna deyil. Böyük miqyaslı anlaşmalar və sövdələşmələr məsləhət deyil. Səfər və ya səyahəti ləğv edin, ya da təxirə salın.ŞİR - Ambisiya və eqoizminizlə, yanlış gözləntilər və illüziyalarla mübarizə aparın. İradəli, əzmli olun. Hisslərinizə əsir olsanız, uğursuzluqdan yayına bilməyəcəksiniz. Planlaşdırılmamış xərclər etməyin. Maliyyə imkanlarınızı olduğundan artıq dəyərləndirməyin.Yumşaqlıq, güzəştə meylli olmaq, səmimiyyət yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi qorumağa imkan verəcək. QIZ - Bu gün istənilən səddi dəf edə bilərsiniz. Tapşırıqlar və görüləsi işlər çox olsa da, yorulmayacaqsınız. Yaşam potensialının səviyyəsi yüksəkdir. Gördüyünüz işin ödənişini bir qədər sonra alacaqsınız.İşdə rəhbərliklə və ya nüfuzlu şəxslərlə qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Yaxınlarınızla münasibətlərdə diqqətli, həssas olun. TƏRƏZİ - Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə həssas olun. Özünüzü anlamağa çalışın. Kiçik problemlər sizi ruhdan salmasın. Baş verənlərin hamısına mənfi yanaşmayın. Haqqınızda söylənən təriflərə çox inanmayın, tənqidlərə aqressiv reaksiya verməyin.Yaxınlarınızın xahiş və təkliflərini qulaqardına vurmayın. Tanışlardan biri sizdən yardım istəyə bilər. ƏQRƏB - Yaxın ətrafınızdakı insanların dəstəyi və yardımları indi xüsusi əhəmiyyət kəsb edir. Dəstək alacaqsınız, amma yardımlar gözləntilərinizə uyğun miqyasda və həcmdə olmayacaq. Müstəqil işləməkdən çəkinməyin. Qarşılıqlı təmaslarda diqqətli olun. İlk dəfə qarşılaşdığınız insana inanmayın.OXATAN - Maraqlı və aktual informasiya ala bilərsiniz. Həmin məlumatdan öz maraqlarınız üçün nə qədər tez istifadə etsəniz, bir o qədər yaxşıdır. Yeni işlərə başlamaq, əməkdaşlıqla bağlı anlaşma və ya sazişə nail olmaq mümkündür. Arzularınızdan biri çox yaxında çin olacaq. İntuisiyanıza güvənin. O, hətta ən çətin və mürəkkəb məqamlarda sizi aldatmayacaq.OĞLAQ - Mürəkkəb gündür. Səbirsiz olmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Yaxın ətrafınızdakı insanlar sizə əməkdaşlıq və ya qarşılıqlı fəaliyyətin yeni sahəsini təklif edəcəklər. Yardım istəyənə kömək edin, ümidləri qırmayın. Dəstək arayan insanı dinləyin.Çalışdığınız yerdə və ailədə problemlər, mübahisələr yarana bilər. Güzəştə getməsəniz, müdrik olmasanız, problemlər xroniki hal ala bilər.DOLÇA - Ötən günlərdə yaranmış qeyri-müəyyən situasiyalar aydınlaşır. Bundan sonra necə hərəkət etməli olduğunuzu anlayırsınız. Maraqlı işgüzar təkliflər ala bilərsiniz. Həmin təkliflər maliyyə durumunuzun dərhal yaxşılaşması ilə bağlı olmasa da, perspektiv baxımından pis deyil. Yaxın qohumlar, sevdiyiniz insanla münasibətlərdə ciddi irəliləyişlər olacaq. İndiyədək anlaşa bilmədiyiniz insanla belə qarşılıqlı anlaşmaya nail olacaqsız.BALIQLAR - Sakit gündür. Heç hara tələsməyin. Yaranmış situasiyanı təhlil edin, planlara dəyişikliklər edin. Yaxın ətrafınızdakı insanlara məsləhətlər verin. Onlar səylərinizə dəyər verəcək, xırda işlərlə yanaşı, ciddi məsələlərlə bağlı sizə müraciət edəcəklər.Ailə üzvləri ilə təmaslarda həssas olun. Şəxsi münasibətlərdə diqqətli olun. BAKU.WS

Oxşar xəbərlər

Günün qoroskopu: həyat potensialı yüksəkdir

Günün qoroskopu: həyat potensialı yüksəkdir

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik. Qoç - münaqişələrdən yan qaçmayı...

1592 Şou-biznes 00:01 17 fevral 2017

Son xəbərlər