Günün ulduz falı - 25.07.2018
25
iyl
2018
09:11
BAKU.WS günün - 25.07.2018 tarixinin ulduz falını təqdim edir:QOÇ - Gərgin gündür. Rəqibləri geridə qoymaq üçün diqqətli olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə bilərsiniz. Günün ikinci yarısında şübhələrə əsir düşərək addımlarınızı yavaşıtmayın. Qorxmayın, uğur sizinlədir.BUĞA - Qarışıq gündür. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyətində qalacaqsız. Həftə sonu olduğunu unutmayın, özünüzü çox yükləməyin. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın.ƏKİZLƏR - Ümumilikdə yaxşı gündür. Mühüm işlərdə bilavasitə iştirak edin. Maraqsız təsir bağışlayan prosesdən kənarlaşın, fəaliyyət istiqamətini dəyişin. Ümumi fon əlverişli təsir bağışlasa da, strateji səhvlər istisna deyil. Bu səbəbdən də sayıq davranın. Mövqelərinizi möhkəmləndirin, dayaqları zəiflədə biləcək addımlar atmayın.XƏRÇƏNG - Təzadlı gündür. Mənfi və müsbət emosiyalar bir-birinə qarışacaq. Həyat enerjiniz azalacaq. Buna baxmayaraq, ünsiyyətcil və özünüzə güvənli olmanız balansı qoruyacaq. Rəhbərliklə münasibət üçün əlverişsiz gündür. Təxribatlara uymayın. Qətiyyətli olsanız bu baş verməyə bilər. Həlli mümkünsüz təsir bağışlayan problemlər yoxdur. Sakit olun, təmkinli davranın. Emosionallığa, çılğınlığa heç bir zərurət yoxdur.ŞİR - Rəngarəng gündür, əyləncələr sizi gözləyir. Lakin bəzi xırda-para problemlər kefinizi pozacaq. Ruhdan düşməyin, hamısı asanlıqla həll edilən məsələlərdir. Bu gün hər şey sizi qıcıqlandıracaq və əsəbiləşdirəcək. Təmkinli olmağı bacarsanız, günü mübahisəsiz və münaqişəsiz başa vura biləcəksiz. İşinizi dəyişmək və ya vacib qərar qəbul edəcəyiniz ehtimalı var.QIZ – Enerji tələb edən gündür. Təxirəsalınmaz həll tələb edən maliyyə məsələlərini çözün. Problemlərin mənşəyini, səbəblərini anlamadan nə öz vəsaitinizlə, nə də başqasının pulları ilə rasional davrana bilməyəcəksiniz. Nikbin olsanız daha çox iş görə bilərsiniz. Günün ikinci yarısında mənəvi prinsiplərinizi madiyyata qurban verməyin.TƏRƏZİ – Yaxınlarınızdan birinin istəyi və tələbi təəccüb doğurur. Sağlam məntinq və arqumentlər problemin həlli üçün kompromis tapmağa imkan verəcək. Texniki avadanlıqla, məişət əşyaları ilə ehtiyatlı olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin bədxah münasibəti stress vəziyyəti yaranacaq. ƏQRƏB – Bu gün iddialı və tələbkar olacaqsız. Ulduzlar öz maraqlarınızın müdafiəsində durmağı məsləhət görür. Kompromisə getməyin və heç kimin təsiri altına düşməyin. İşdə rəhbərlik və həmkarlarla münasibətdə bəxtiniz gətirəcək. Dostların və güvəndiyiniz nüfuzlu şəxslərin məsləhətləri öz effektini verəcək. Yaxınlarınıza güvənin.OXATAN – Günün ilk yarısında aktivliyinizi bir qədər azaldın. Maraqlandığınız işlərlə məşğul olun. Maliyyə çətinlikləri yaranarsa, planlaşdırılmış alış-verişdən imtina edə bilərsiniz. Günün ikinci yarısında yaxınlarınız sizdən dəstək istəyəcəklər. Vaxtınızı və maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin. OĞLAQ - Gərgin, ikili gündür. Real vəziyyəti kökündən dəyişəcək gözlənilməz xəbərlər alacağınız ehtimal edilir. İncə diplomatiya şəxsi və işgüzar məsələlərdə köməyiniz olacaq. Gün bütün hallarda uğurludur. Diqqətli və ehtiyatlı olmaq tələb olunur. Qarşılıqlı anlaşma fonunda problemlərlə üzləşəcəksiz. Şəxsi məsələlərdə qərar zamanı deyil. Səbr edin.DOLÇA - Enerjili gündür. Diqqətli və ehtiyatlı olmaq tələb olunur. Qarşılıqlı anlaşma fonunda problemlərlə üzləşəcəksiz. Şəxsi məsələlərdə qərar zamanı deyil. Səbr edin.Real vəziyyəti kökündən dəyişəcək gözlənilməz xəbərlər alacağınız ehtimal edilir. İncə diplomatiya şəxsi və işgüzar məsələlərdə köməyiniz olacaq. Gün bütün hallarda uğurludur.BALIQLAR - İkili xarakterli gündür. Günün birinci yarısı xoşagəlməz hadisələrlə, ikinci yarısı isə xoş anlarla zəngin olacaq. Şəxsi həyatınızı karyeraya qurban verməyin. Balansı qorumağa çalışın. Həll edilməmiş və ya gözlənilməz problemlər sizi çətinliyə salacaq. Maliyyə itkiləri ola bilər. Bütün bunlar həyat enerjinizi aşağı salacaq. Buna baxmayaraq məğlubiyyət sizə yaraşmır, güclü olun.BAKU.WS
Oxşar xəbərlər
Günün ulduz falı - 24.07.2018
BAKU.WS günün - 24 iyul tarixinin ulduz falını təqdim edir:QOÇ - Gərgin gündür. Rəqibləri geridə qoymaq üçün diqqətli olun. Günün ilk yarısı məhsuldardır. Qarşı...