Həftənin ilk iş gününün ulduz falı - 21.05.2018
21
may
2018
00:05
BAKU.WS həftənin ilk iş gününün - 21 may tarixinin ulduz falını təqdim edir: QOÇ - Maliyyə məsələlərinin həlli üçün yaxşı vaxt deyil. Həftənin ilk iş günü olsa da, yeni işə və ya layihəyə başlamayın. Aldığınız təkliflər ilk baxışdan cazibədar və şirnikləndirici təsir bağışlasa da, əslində zərərlidir. Risklərə aldanmayın. İntuisiyanıza güvənin.BUĞA - İnteraktiv gündür. Yaşamın intensiv ritminə uyğunlaşmaq istəyirsizsə, astagəllik, süstlükdən uzaq olun. Günün ikinci yarısında rəqibləri üstələyn. Sizə meydan oxuyan insanı geridə qoyun. Alış-verişdə bədxərclik etməyin. Maraqlarınızı kimsəyə güzəştə getməyin.ƏKİZLƏR - Məhsuldar, sərfəli, hadisələrlə zəngin zamandır. Yeni istiqamətdə ilk addımlar pis alınmayacaq. Günün ikinci yarısında sərvaxt və ehtiyatlı olsanız, ən çətin işin öhdəsindən gələcəksiniz. Etibarsız layihələrə baş qoşmayın. XƏRÇƏNG - Uğur bilavasitə zamanla ayaqlaşmaq məharətinizdən asılıdır. Dünənki günlə yaşamaq ilk baxışdan rahat və cazibədar təsir bağışlasa da, bu, ciddi geriləməyinizə səbəb olacaq. Yeniliklər üçün yaxşı zamandır. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Təcrübə hər işdə öz sözünü deyir.ŞİR - İstirahət günlərinin ardından yeni həftəyə başlamaq asan deyil. Çox geniş layihəyə başlayaraq irrasional işlərlə məşğul olmayın. Nüfuzunuzu zərbə altına atmayın. Yaxşı zamandır. Amma bir müddət kölgədə qalsanız, heç pis olmaz. Günün ikinci yarısında ailə üzvlərinin tələblərini unutmayın.QIZ - Yeni plan, metod, əlaqələr üçün münasib zamandır. İndi dumanlı, mücərrəd təsir başlayan məqsədlər tapşırıqları həll etdikcə, problemləri çözdükcə aydınlaşacaq. Yeni məqamlar əyan olacaq. Fərqli insanlarla tanışlıq uğur vəd edə bilər. Biznesinizi kimsəyə etibar etməyin.TƏRƏZİ - Günün ilk yarısında imkanlarınız artacaq. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, yeni istiqamət seçin. Əlavə stimula zərurət duymadan inkişaf edin. Yeni tərəfdaş axtarışına çıxmaq üçün əlverişli zamandır. Günün ikinci yarısında məşvərət, müzakirələr və diskussiyalar aparmaq olar. ƏQRƏB - Planlı gündür. Vaxtınızı və öz zamanını boşuna xərcləyən insanlardan uzaq durun. Günün ikinci yarısında təcrübəli insanın məsləhətlərinə etinasız yanaşmayın. Tənbəllik etməyin. Fikrinizi ikinci dərəcəli məsələlərə yönəltməyin.OXATAN - Günün ilk yarısında başladığınız işin önəminə fikir verin. Qarşınızda maraqlı yollar çoxdur. Amma onların hamısı faydalı deyil. Günün ikinci yarısı məsləhət almaq, tərəfdaşlıq əlaqələri və şəxsi münasibətləri inkişaf etdirmək üçün yaxşı zamandır.OĞLAQ - Daşınmaz əmlak və maliyyə məsələləri ilə məşğul olmaq üçün yaxşı zamandır. Alış-verişə yollanmaq olar. Lakin bədxərclik etməyin. Pulunuzun qədrini bilin. Şayiələrə, dedi-qodulara fikir verməyin.DOLÇA - Günün ilk yarısından etibarən bütün sahələrdə aktiv fəaliyyət göstərə bilərsiniz. Yazışma, səfər, yerdəyişmələr uğurlu alınacaq. Sənədləşdirmədə aktiv olun. Hisslərinizi dəqiq ifadə edin. Hesablamalarda səhvlərə yol verməyin. BALIQLAR - Səbəbsiz yerə bədbinliyə qapılmayın. Situasiyadakı qəfil dəyişikliklər sizi özündən çıxaracaq. Təmkinli olun, baş verənlər pisliyə doğru deyil. Bu gün işlərinizdə ciddi uğur istisna deyil. Səhhətinizin qeydinə qalın. Zahiri görünüşünüzə fikir verin.BAKU.WS
Oxşar xəbərlər
Şənbə gününün ulduz falı - 19.05.2018
BAKU.WS şənbə gününün - 19.05.2018 tarixinin ulduz falını təqdim edir:QOÇ - Gərgin gündür. Rəqibləri geridə qoymaq üçün diqqətli olun. Günün ilk yarısı məhsulda...