Günün ulduz falı - 15 avqust

Günün ulduz falı - 15 avqust
Şou-biznes 3191
BAKU.WS günün qoroskopunu təqdim edir:Qoç - Çox vaxt və böyük enerji tələb edən işləri təxirə salın. Cari işlərinizlə məşğul olun. Yaxınlarınızın qeydinə qalın. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın. Maraqlarınızı kimsəyə qurban verməyin. Buğa - Məsuliyyət tələb edən gündür, lakin başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin. Axşam saatlarında stressdən qurtulun.Əkizlər - Maraqlı gündür. Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Sınanmış, köhnə metodlar günün ikinci yarısında işlək olmaya bilər. Eksperimentlərdən çəkinin. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş olun. Xərçəng - Qətiyyətli və nikbin olun, çətin vəziyyətdə, ağır situasiyada ruhdan düşməyin. Mühüm məsələləri ailə üzvləri ilə müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planlarınızı yalnız etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.Şir - Çox uğurlu gündür. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.Qız - Diqqətli olun. Buraxdığınız səhvləri təkrarlamayın. Belə etsəniz, karyeranızda yüksəliş gözlənilir. Maraqlandığınız insan barədə az da olsa, məlumatlar əldə etməyə can atın. Depressiyaya qapılmayın, ruhdan düşməyin. Yaxınlarınız sizə dəstək verəcəklər.Tərəzi - Əlverişli gündür. Günün ilk yarısından etibarən işlərinizdə ciddi maneələr və sədlər yaranmayacaq. Həlli mümkünsüz təsir bağışlayan problemlər yoxdur. Qərarların bir çoxunu intuitiv qəbul etməlisiniz. Sakit olun, təmkinli davranın. Emosionallığa, çılğınlığa heç bir zərurət yoxdur.Əqrəb - Təşəbbüskar olun, situasiya sizə qərarlarınızı və addımlarınızı diqtə etməməlidir. Təəssüratlarınız bol, əsəbləriniz tarımdırsa, sakitləşin. Təmkinli olsanız, daha ciddi uğurlara nail ola bilərsiniz. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Oxatan - Təzadlı gündür, ilk baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ilk yarısı sürprizlərlə zəngin olacaq. ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin. Oğlaq - Enerjili gündür. Səhər saatlarından etibarən işlərinizdə aktiv olun. Ani çətinliklər sizi yolunuzdan sapdırmasın. Məqsədə çatmaq üçün əzmlə çalışın, irəliləyişlərə nail olun. Xırdalıqlara və təfərrüatlara diqqət yetirin.Günün ikinci yarısında önəmli məsələ ilə bağlı qərar verməyə tələsməyin.Dolça - Harmoniya müşahidə olunan gündür. Həddən artıq mürəkkəb layihəyə başlamaq məsləhət deyil. Sevdiyiniz işlə məşğul olun. Emosiyaların təsiri altında qərar qəbul etməyin. Boş yerə sinirlənməyin, mənasız insanlarla mübahisə etməyin.Balıqlar - Uğurlu gündür. Əlinizə bəzi şanslar və imkanlar düşəcək. Ayıq olun və bu şanslardan maksimum yararlanın. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Axşam dəyərli hədiyyə ala bilərsiniz. BAKU.WS

Oxşar xəbərlər

Şənbə gününün ulduz falı - 11 avqust

Şənbə gününün ulduz falı - 11 avqust

BAKU.WS şənbə gününün astroloji proqnozunu təqdim edir:Qoç - Uğurlu gündür. Əlinizə bəzi şanslar və imkanlar düşəcək. Ayıq olun və bu şanslardan maksimum yararl...

3516 Şou-biznes 00:05 11 avqust 2018

Son xəbərlər