Şənbə gününün ulduz falı - 11 avqust

Şənbə gününün ulduz falı - 11 avqust
Şou-biznes 3516
BAKU.WS şənbə gününün astroloji proqnozunu təqdim edir:Qoç - Uğurlu gündür. Əlinizə bəzi şanslar və imkanlar düşəcək. Ayıq olun və bu şanslardan maksimum yararlanın. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Axşam dəyərli hədiyyə ala bilərsiniz. Buğa - Çətin gündür. Yalnız qətiyyət sayəsində uğur qazana bilərsiniz. Nüfuzlu tanışınızın dəstəyi sizi çətin durumdan xilas edəcək.Maliyyə məsələlərində məntiqli davranın. Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər gözlənilməz olsa da, uzunmüddətli olacaq və sizə xeyir gətirəcək.Əkizlər - Həftə sonudur, çox vaxt və böyük enerji tələb edən işləri təxirə salın. Əsas məsələ mənəvi rahatlıqdır. Təbiətin qoynunda dincələ bilərsiz, amma ən yaxşı istirahət yaradıcılıqla məşğul olmaqdır. Yaxınlarınızın qeydinə qalın. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın. Maraqlarınızı kimsəyə qurban verməyin. Xərçəng - Məsuliyyət tələb edən gündür, lakin başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin. Axşam saatlarında stressdən qurtulun.Şir - Enerjili və pozitiv gündür. Evdə qalmayın, süst, ətalətli olmayın. Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görüşün. Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhətlər ala bilərsiz. İnadkar, aqressiv olmayın. Əks halda ailə üzvlərindən biri ilə münaqişə istisna deyil.Qız - Gün səbr və təmkin tələb edir. Yeniləşən şəraitdə və dəyişən situasiyaya uyğunlaşın. Günün ikinci yarısında maliyyə məsələlərinin çözümündə mümkün qədər diqqətli olun. Aldığınız mal və ya məhsulu diqqətlə nəzərdən keçirin. Maliyyə imkanlarınızı olduğundan artıq göstərməyə çalışmayın. Ulduzların məsləhətlərini qulaq ardına vurmasanız, günü ziyansız başa vuracaqsız.Tərəzi - Həssas gündür. Emosiyalar, hisslər, duyğular bu gün düşməninizə çevriləcək. Ən ağır situasiyada, ən çətin vəziyyətdə soyuqqanlı davranın. Sizi narahat edən məsələlərdən birini etibar etdiyiniz insanla nəzərdən keçirmək olar. Yardım təkliflərini rədd etməyin. Dəyər verdiyiniz şəxs sizi dəstəkləyəcək.Əqrəb - Sayıq olun, qarşınıza çıxan maneələri araşdırmamış onları dəf etməyə can atmayın. İradəli olun, mövqelərinizdən əsla geri çəkilməyin. Günün ikinci yarısında cari məsələlərin həlli ilə məşğul olun. Mübahisələrdə sözlərinizə fikir verin. Aqressiya və ya ifrat sərtlik yolverilməzdir.Oxatan - Yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.Oğlaq - Yeni layihələr üçün uğurlu zaman deyil. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qayğını, həssaslığı unutmayın. Yardıma ehtiyacı olan qohumunuza kömək edin. Emosiyalara qapılaraq düşünülməmiş addım atmayın. Qəfil hərəkət, nagahani əməl sonradan peşmançılıq hissi yarada bilər. Dolça - Həftə sonudur, özünüzü işə verməyin. İşgüzar görüşləri təxirə salıb, istirahət edin. Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Diqqət mərkəzində olacaqsız, bu səbəbdən bu gün xarici görünüşünə xüsusi fikir verin. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz. Amma bədxərclik etməyin!Balıqlar - Çox gözəl gündür. Həftənin yorğunluğu sizi gücdən salıb. Günün pozitiv enerjisindən istifadə edib, dincəlin. Nikbin olun və ən əsası mənfi enerji saçan insanlardan uzaq gəzin. Mənasız söhbətlərdən, yaramaz insanlardan uzaq durun. Sizə qarşı məkrlə davranan şəxslərin planlarını sürətlə aşkarlamağa çalışın. BAKU.WS

Oxşar xəbərlər

Cümə gününün ulduz falı - 27.07.2018

Cümə gününün ulduz falı - 27.07.2018

BAKU.WS cümə gününün qoroskopunu təqdim edir:Qoç - Maraqlı gündür. Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Sınanmış, köhnə metodlar günün ikinci yarı...

2111 Şou-biznes 00:05 27 iyul 2018

Son xəbərlər