Şənbə gününün ulduz falı - 02.06.2018

Şənbə gününün ulduz falı - 02.06.2018
Şou-biznes 2918
BAKU.WS şənbə gününün - 2 iyun tarixinin qoroskopunu təqdim edir:Qoç - Enerjili gündür. Passiv olmayın. Boş-boşuna oturmağınız məsləhət deyil. Əqli və fiziki güc tələb edən işlərinizi həll edin. Şəxsi məsələlərdə diqqətli olun, heç kimin qəlbini incitməyin.Buğa - Maliyyə sahəsində uğur gözlənilir. Büdcənizdə artım yaratmaq üçün kifayət qədər şansınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin. Belə etsəniz günün şansından daha çox faydalanacaqsız.Əkizlər - Sakit gündür. Kefinizi pozmaq istəmirsizsə, hamı ilə mehriban davranmağa çalışın. Əsəblərinizi korlayan insanlardan uzaq durun.Xərçəng - Günün ilk yarısı bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə cəhdləriniz uğursuz alınacaq. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.Şir - Qətiyyət və diqqət tələb edən gündür. Qərarlarınızda qəti olun. Bahalı əşyaların, o cümlədən daşınmaz əmlakın alqı-satqısında iştirak etməyin. Aldana bilərsiz. Qız - Uğurlu gün hesab etmək olar. Büdcə artımı gözlənilir. Yeni təkliflər alsanız, situasiyanı və gücünüzü düzgün qiymətləndirməlisiniz. Yoxsa gələcəkdə özünüzü çətinliyə sala bilərsiz.Tərəzi - Darıxdırıcı gündür. Yeni heç nə gözlənilmir. Odur ki, istirahətə və məhəbbətə vaxt ayırın. İnsanlarla ünsiyyətdə təmkinli olun, səbirsizliyiniz uzun müddətli münaqişəyə səbəb ola bilər.Əqrəb - Yaxşı gündür. Uzaq yola çıxmaq üçün gözəl vaxtdır. Maddi durumunuz aşağı səviyyədə olsa da, səfərdən imtina etməyin. Yay ayları 9olduğunu unutmayın, dincəlmək lazımdır.Oxatan - Təzadlı gündür. Həm xoş, həm də xoş olmayan hadisələr bir-birini əvəz edəcək. Gün ərzində nəzərdə tutduğunuz bütün planlar reallaşacaq. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Oğlaq - Gərgin gündür. İşlərinizin çoxluğu fiziki cəhətdən sizi yora bilər. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.Dolça - Zəngin gündür. Görüş və məsləhətləşmələrdə iştirak edəcəksiniz. İşgüzar müqavilələrin bağlanmasında qarşınızı kəsən maneələr yavaş-yavaş aradan qalxacaq. Balıq - Uğurlu gündür. Şəxsi və işgüzar sahədə hər şey qaydasına düşəcək. Yeni əlaqələr yaratmaq üçün düşərli vaxtdır. Nahardan sonra sevindirici xəbər eşidə bilərsiniz. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Günün ulduz falı - 13.05.2018

Günün ulduz falı - 13.05.2018

BAKU.WS istirahət gününün - 13.05.2018 tarixinin qoroskopunu təqdim edir:QOÇ - Rəngarəng gündür. Səhər saatlarından etibarən, aktivliyinizi artırmalısınız. Yaxı...

3603 Şou-biznes 00:04 13 may 2018

Son xəbərlər