Cümə gününün ulduz falı - 27.07.2018
27
iyl
2018
00:05
BAKU.WS cümə gününün qoroskopunu təqdim edir:Qoç - Maraqlı gündür. Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Sınanmış, köhnə metodlar günün ikinci yarısında işlək olmaya bilər. Eksperimentlərdən çəkinin. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş olun. Buğa - Qətiyyətli və nikbin olun, çətin vəziyyətdə, ağır situasiyada ruhdan düşməyin. Günün ikinci yarısında formalaşan situasiyanı məntiqlə çözməyə çalışın. Mühüm məsələləri ailə üzvləri ilə müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planlarınızı yalnız etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.Əkizlər - Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gərəkli vasitələrdən istifadə edin. Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər. Dəyər verdiyiniz insanla təmasları ağırlaşdırmayın. Dediyiniz sözlərin fərqinə varın. Qayğıkeş, diqqətli olun. Xərçəng - Çətin gün təəssüratı bağışlaya bilər. Amma unutmayın ki, ən ağır problemi əldir şəkildə çözmək olar. Bilik və bacarıqlarınızı mümkün qədər artırmağa can atın. Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə saxlayın.Qarşınızdakı insanı anlamağa çalışın.Şir - Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi bölüşməkdən çəkinməyin. Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın. Ailənin yaşlı üzvləri ilə qarşılıqlı anlaşmaya ehtiyac duyulur.Qız - Keçdiyiniz yola nəzər salın, səhvləri təkrarlamayın. Ənənəvi məşğuliyyəti yeniləmək, fərqli sahələrdə sınaq keçirmək olar. Maraqlandığınız insan barədə az da olsa, məlumatlar əldə etməyə can atın. Belə kiçik eksperiment belə, dəyişikliklərə hazırlıq səviyyəsinizi aşkarlayacaq. Depressiyaya qapılmayın, ruhdan düşməyin. Yaxınlarınız sizə dəstək verəcəklər.Tərəzi - Düşünülməmiş addımlar atmayın. Başqalarının işini görmək istəyirsinizsə, ilk əvvəl öz maraqlarınızı düşünün. Günün ikinci yarısında dəbdəbəyə meylli olmayın. Hər deyilən sözə aldanmayın. Maliyyə vəsaitinizin qayğısına qalın. Özünüzün və yaxın ətrafınızdakı insanların imkanlarını real qiymətləndirmədən maliyyə əməliyyatlarına başlamayın.Əqrəb - Gerçəkdən də, qarışıq, mürəkkəb, çətin gündür. Fəqət, problemlər müvəqqəti səciyyəlidir və az sonra həll olunacaq. Uzunmüddətli öhdəliklər götürməyin, vədlər verməyin. Nüfuzlu insanlarla görüş, dövlət qurumlarına baş çəkmək üçün əlverişli deyil. Bu səbəbdən görüşləri təxirə salın.Oxatan - Tələskənliyə yol verməyin, aramla çalışın. Qərarların qəbulunda müstəqil olun. Müəyyən addımları ətrafınızdakı insanlarla razılaşdırmalısınızsa, emosional amilləri mütləq nəzərə alın. Günün ikinci yarısında diskussiyalardan yaxa qurtara bilməyəcəksiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın.Oğlaq - Pozitiv olun, bədbin fikirlərdən uzaq durun. Tənbəllik etməyin. Günün ikinci yarısında olayların məcrası pis deyil. Gərəkli istiqaməti seçərək effektiv nəticələr əldə etməyə çalışın. Dəvət aldığınız tədbirə qatılın. Diqqətli olun, ətrafınızdakı insanların nə istədiklərini anlamağa can atın. Laqeydlik sonradan ağır nəticələr verə biləcək səhvlərə səbəb ola bilər.Dolça - Münasibətlərdə qeyri-formal motivlər güclənəcək. Kommunikasiyaları aktivləşdirin. İdeyalarınızı paylaşın, son xəbərləri öyrənin. Genişmiqyaslı layihəni inkişaf etdirmək olar. Bilik və bacarıqlarınızı artırın. Dəyər verdiyiniz insanların qayğısına qalın.Balıqlar - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etməyiniz sizə böyük üstünlük qazandırır. Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. BAKU.WS
Oxşar xəbərlər
Həftənin ilk iş gününün gününün ulduz falı - 23 iyul
BAKU.WS milli.az-a istinadən bu günün - 23 iyul tarixinin qoroskopunu təqdim edir: Qoç - bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən ma...