13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Bir neçə gün öncə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ” öz meydanında "Monako” ilə qarşılaşıb.
 
BAKU.WS-in məlumatına görə, oyundan bir gün öncə Bakıya təşrif buyuran fransızlar şəhərin ən prestijli otellərindən birində qalıb. Futbolçularla yanaşı paytaxtımıza "Monako" klubunun idarə heyətinin üzvləri də gəliblər.
 
"Monako" klubunun vitse-prezidenti Vadim Vasilyev və ətrafındakı nümayəndə heyəti matçın baş tutacağı stadiona baxış keçiriblər. Nümayəndə heyəti arasında bir xanım xüsusilə diqqət çəkir. Alla adlı cazibədar xanım Bakının gözəlliyinə heyran qalıb. Öz şəxsi Instagram hesabından Bakı ilə bağlı fotolarını paylaşan rus gözəl paytaxtımıza valeh olub.  
 
Xatırladaq ki, "Qarabağ” - "Monako” matçı 1:1 hesablı nəticə ilə yekunlaşıb. Oyuna yaxşı başlayan ağdamlılar bir neçə əlverişli vəziyyəti boşa versə də, 40-cı dəqiqədə hesabı aça biliblər. Armenteros Rəşad Sadıqovun əla ötürməsini tək toxunuşla tora qovuşdurub. İkinci hissədə də üstün oynayan çempionumuz bir neçə epizodda fərqi artırmağa yaxın olsa da son anda qeyri-dəqiqlik buna əngəl olub. Qonaqlar isə 70-ci dəqiqədə cavab qolunu vurmağa müyəssər olublar. Qalan dəqiqələrdə başqa qol olmayınca, oyun 1:1 hesablı bərabərliklə başa çatıb.
 
BAKU.WS