SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.


BAKU.WS
-in məlumatına görə, fətva bu gün QMİ-də sədr Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə keçən tədbirdə verilib.  Fətvada deyilir: "Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.


Çıxış edən Şeyxülislam Allahşükür Paşazadə İslamda müqəddəs aylardan sayılan Mərərrəm ayının özəlliklərindən, Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə axund və imamlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Ziya Səccad
BAKU.WS