Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir?
Yeniliklərdən dərhal xəbərdar olun
Son günlər sosial şəbəkələrdə kiçik ölçüləri və fərqli görünüşü ilə seçilən avtomobillər böyük marağa səbəb olub.
BAKU.WS Baku TV-yə istinadən xəbər verir ki, qiyməti 9-18 min manat arasında dəyişən bu modellərin bəziləri saatda 80-100 kilometrədək sürət yığa bilir.
Satıcı Muraz Hudulov bildirir ki, ölkəmizdə bu tip avtomobillər əsasən əyləncə və drift məqsədilə istifadə olunur. Xarici ölkələrdə isə onlardan gündəlik nəqliyyat vasitəsi kimi də yararlanırlar.
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bu nəqliyyat vasitələri oyuncaq deyil və onların idarə olunması üçün müəyyən tələblər mövcuddur.
"Bu avtomobillərin nəqliyyat vasitəsi olması onu istədiyin yerdə, istədiyin yolda istənilən formada sürə bilmək mənasına gəlmir. Bu avtomobillər üçün xüsusi meydançalar, qapalı zonalar tələb olunur. Bu nəqliyyat vasitələrini idarə etməyə sürücülük hüququ da tələb edilir. "A1" altkateqoriyası lazımdır".
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...