İranda sünni ruhaninin qətli: Pərdəarxası məqamlar
"Üç gün əvvəl İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr bölgəsində kürdəsilli sünni din xadimi Məhəmməd Nezhətinin qətlə yetirilməsi ölkədə böyük rezonans doğurub.
Yayılan məlumatlara görə, Piranşəhr Elmi Hövzəsinin müəllimi və sünni camaatının imamı olan Məhəmməd Nezhəti Piranşəhr yaxınlığındakı Çiyanə kəndində məsciddən çıxarkən motosikletdə olan silahlı şəxslərin hücumuna məruz qalaraq güllələnib.
Hücum edənlərin sayı, istifadə etdikləri silah və hadisədən sonra haraya qaçdıqları barədə tam rəsmi məlumat açıqlanmasa da, mediada qatillərin iki nəfər olduğuna dair xəbərlər yayılıb".
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Hadisəyə medianın xüsusi diqqət yetirməsinə səbəb olan amillərdən biri də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı bəyanat olub. Sentyabrın 9-da yayılmış bəyanatda Məhəmməd Nezhətinin qətli sionist-amerikan separatçı qruplar tərəfindən vəhşicəsinə törədilmiş terror aktı adlandırılıb və deyilib: "Bu cinayət təkcə nüfuzlu bir şəxsiyyətin hədəfə alınması deyil, həm də müsəlmanlar arasında parçalanma və ixtilaf yaratmaq, şiə və sünni vəhdətini pozmaq, eləcə də cəmiyyəti təhlükəsizlik və əmin-amanlıqdan məhrum etmək məqsədi daşıyan çirkin bir cəhddir".
SEPAH-a bağlı "Fars" informasiya agentliyinin hadisə ilə bağlı şərhində isə yazılıb:
"Bu şəhid ruhaninin yayılan videoları və çıxışlarından məlum olur ki, o, daim şiə və sünnilər arasında birliyə, xalqın həmrəyliyinin qorunmasına və İslam inqilabının ideallarının dəstəklənməsinə xüsusi önəm verən din xadimlərindən biri olub və müsəlmanlar arasında birlik və həmrəyliyin gücləndirilməsi istiqamətində fəaliyyət göstərib.
Görünür, məhz onun bu birlik və həmrəylikyönümlü mövqeyi, eləcə də İslam vəhdətini dəstəkləyən çıxışları separatçı qüvvələrin və silahlı qrupların hədəfinə gəlməsinə səbəb olub.
Bu qruplar zorakılıq və terrora əl atmaqla, bir daha göstəriblər ki, sünni icması arasında nüfuz sahibi olan, insanları birlik və həmrəyliyə çağıran şəxslərin mövcudluğuna dözmürlər", - deyə videosüjetdə bildirilib.
Oxşar xəbərlər
ABŞ senatorları OpenAI-dan süni intellekt modelləri ilə bağlı məlumat tələb edib
ABŞ-li iki senator OpenAI şirkətindən süni intellekt modellərinin təhlükəsizliyi və nəzarətdən çıxması ilə bağlı məlumat tələb edib. BAKU.WS xəbər verir ki, r...