Azərbaycanlı dizayner, "DeCamie" brendinin təsisçisi Kəmalə İbrahimova qarderobunu nümayiş etdirib.

BAKU.WS məlumat verir ki, gənc dizayner buro247.az saytının fotokamerası qarşısına keçib. K. İbrahimova hələ uşaq yaşlarından dəblə geyinməyi sevdiyini deyib. O bildirib ki, sevimli rəngi qaradır, ancaq qarirobunda müxtəlif rəngdə geyimlər və əşyalar da tapmaq olar.

Gənc dizayner daha çox hündürdaban və tanketka ayaqqabılara üstünlük verdiyini bildirib. Dabanın hündürlüyü bəzən 16 sm-ə çatır. İbrahimova onu da bildirib ki, qardirobunda çanta kolleksiyasına yer alıb. Müxtəlif ölçülü çantalardan istifadə edən gənc dizayner daha çox böyük ölçüdə çantaları sevir.  

Qeyd edək ki, Kəmalə İbrahimova Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızıdır. 
 
BAKU.WS