SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş Azərbaycanın premium kinoteatrı "CinemaPlus”-un açılış mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatu Naqif Həmzəyev, ziyalılar, ictimaiyyət xadimləri o cümlədən media nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən "Cinema plus" kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə məlumat verib ki, "Gəncə şəhəri Nizami Gəncəvi küçəsində yerləşən "Xəmsə park" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində olan kinoteatr bütün lazımi avadanlıqlarla təmin olunub. 5 zallı və ümumi oturacaq sayı 460 nəfərlik kinoteatr 3D texnologiyaları ilə təchiz edilib.

Daha sonra çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbirin əhəmiyyətindən söz açıb.

Qeyd edək ki, Azərbaycanda kinoteatrın baş direktoru Zaur Darabzadə daha beş kinoteatr açmaqla bağlı təşəbbüsü Prezident İlham Əliyevin imzaladığı "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmandan sonra irəli sürüb.

İnsanların asudə vaxtlarını yaxşı keçirmələrinə kömək göstərmək üçün kinoteatrlarda qiymətlər ucuz olacaq.
 
BAKU.WS