“CinemaPlus” kinoteatrında “Bozbash Pictures” komandasının yeni komediyası “Axırıncı Yol”
Bakı, 22 fevral: Azərbaycanın premium kinoteatrı "CinemaPlus”da Martın 1-dən "ATV & İLK media” istehsalı olan "Axırıncı Yol” adlı çox maraqlı bir macəra komediyasının nümayişi başlayacaq.
Çəkilişlər ötən ilin Avqust - Oktyabr aylarında İsmayıllı və Bakıda olub.
"Axırıncı Yol” macəra komediyası "Bozbash Pictures” qəhramanları, Şəmi, Şöşü, Fəlakət, Şirin, Qılman və Ağsaqqalın başına gələn maraqlı əhvalatdan bəhs edir. Belə ki, çıxılmaz bir vəziyyətə düşən qəhramanlar yerli bankların birindən içində 2.000.000 dollar olan inkasator avtomobilini qaçırırlar. Bundan xəbər tutan ölkə polisi cinayətkarları tapmaq üçün hər bir varianta əl atır. Şöşünün başçılığı ilə cinayətkar dəstə banka məxsus inkasator avtomobilinin görkəmini dəyişərək "SOSKA Uşaq Əyləncə Mərkəzi” adı ilə cinayət izini itirmək istəyirlər, lakin bu onları daha da çətin bir vəziyyətə salır.
Filmin baş prodüseri İlkin Həsəni, quruluşçu rejissoru Emil Abdullayev, ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və Elnur Hüseynovdur.
Rollarda: İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, İlkin Misgərli, Cavidan Novruz, Tərlan Nur-Yaşar, Nigar Əliyeva, Yadigar Muradov, Məhərrəm Qurbanov və s.
"CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.
"CinemaPlus” Azadlıq prospekti 45 ünvanında, 28-mall Ticarət mərkəzinin 5-ci mərtəbəsində yerləşir.
Qeyd etmək istəyirik ki, Azərbaycanın premium kinoteatrı "28 Cinema” adını dəyişib. Kinoteatrın yeni adı – "CinemaPlus”dır.
Oxşar xəbərlər
Bakıda yol polisinin maşınını əzən şəxslə bağlı MARAQLI FAKTLAR
Bakıda yol polisinin avtomobilinin çəkiclə əzən Şahin Bəylərovla bağlı maraqlı faktlar üzə çıxıb. BAKU.WS-in lent.az-a istinadən verdiyi məlumata görə, hadisən...