SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə atanı döyüb oğlanlarını bıçaqladılar.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə DOS 84 ünvanında qeydə alınıb.
1960-cı il təvəllüdlü Məhərrəm Lətif oğlu Cəfərov naməlum şəxslər tərəfindən döyülüb.

Bu zaman atasının köməyinə gələn 1985-ci il təvəllüdlü Cəfərov Ramin və 1986 cı il təvəllüdlü Cəfərov Röyal bıçaqlanıb.

Yaralılar təcili olaraq yaxınlıqda yerləşən  xəstəxanalardan birinə yerləşdiriliblər.

Əməliyyat edilən qardaşların vəziyyəti orta-ağırdır.

Hadisə yerinə Kəpəz rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Hüquq mühafizə orqanları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat -axtarış tədbirlərinə başlanılıb.
BAKU.WS