Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatına münasibət bildirib.

“Reuters” xəbər verir ki, o, həmkarları Vladimir Putin, Donald Tramp və Emmanuel Makrona xəbərdarlıq ünvanlayıb:

“Bu quldur dövlətə dəstək verənlərə xəbərdarlıq edirəm. Qarabağın işğalını görməzdən gələn iki üzlü ölkələrin müraciətləri bizim üçün əhəmiyyət kəsb etmir”.

O, bildirib ki, bölgədə dayanıqlı sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilməyindən keçir.

Ərdoğan hər üç ölkə liderlərinin Dağlıq Qarabağ problemini artıq müzakirə etdiyini, ancaq bunun heç bir nəticəyə gətirib çıxarmadığını xatırladıb.

BAKU.WS