Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, diplomatlar səfərin ikinci günündə Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər Monastır Kompleksini, daha sonra isə Kəlbəcər rayonunun Vəng kəndindəki Xudavəng Monastır Kompleksini ziyarət ediblər.
Diplomatik korpusların nümayəndələrinə monastır komplekslərinin tarixi və memarlıq xüsusiyyətləri, eləcə də abidələrə müdaxilə, dəyişdirmə və saxtalaşdırma halları barədə məlumat verilib. Sonra qonaqlar kompleksləri gəziblər.
Diplomatlar və hərbi attaşelər səfər çərçivəsində "İstisu" mineral su zavodunun fəaliyyəti ilə də tanış olublar.
Daha sonra diplomatik korpusların nümayəndələri Kəlbəcərdə keçirilən Bal Festivalında iştirak ediblər.
Qeyd edək ki, bu, xarici diplomatların Azərbaycanın azad edilmiş ərazilərinə 22-ci səfəri idi.
Diplomatların müntəzəm səfərləri onlara Qarabağda və Şərqi Zəngəzurda aparılan tikinti-bərpa işlərinin nəticələri, regionun sosial-iqtisadi inkişafı, həmçinin tarixi və mədəni irsin qorunması işləri ilə yerində tanış olmağa imkan verir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...