KİV: İran ABŞ-yə yeddi şərt qoydu: Hörmüz boğazı bağlı qalacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İran Hörmüz boğazının açılmasının yeddi şərtin yerinə yetirilməsindən asılı olduğunu bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, İran tərəfi vasitəçilər vasitəsilə ABŞ-yə Hörmüz boğazının açılması üçün yeddi şərt təqdim edib.
"Mənbənin sözlərinə görə, İslam Respublikasının ali instansiyaları tərəfindən təsdiqlənən bu yeddi şərt yerinə yetirilməyənədək Hörmüz boğazı bağlı qalacaq. Beləliklə, İran və Oman arasında əldə olunan razılaşma Hörmüz boğazının açılması demək deyil", - deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, boğazın açılması tamamilə Vaşinqtonun atacağı addımlardan asılıdır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...