SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağda səfərdə olub. 
 
BAKU.WS-in məlumatına görə, erməni nazir səfər çəçivəsində generallarla görüş keçirib. Görüşdə Qarabağdakı 4 günlük müharibədən danışan erməni nazir generalları sərt tənqid edib. 

Hərbi əməliyyatlar zamanı böyük itkilərə görə öz iradlarını bildirən nazir müəyyən tapşırıqlar da verib. 
 
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfi cəbhədə təxribat törətməyə cəhd edib. Azərbaycan ordusu düşmən təxribatına layiqli cavab verib və bir neçə hərbi yüksəkliyi əldə edib. Aprelin 5-də tərəflərin razılığı ilə atəşkəs elan olunub.
 
BAKU.WS