SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənilər Ağdərə və ətraf kəndləri boşaltmaqda davam edir. 
 
BAKU.WS-in məlumatına görə, sözügedən ərazidə çəkiliş aparan rus jurnalistlər sakinlərin yük maşınları ilə əşyalarını kəndlərdən daşıdığını çəkib. Azərbaycanın təmas xəttindəki mühüm yüksəklikləri ələ keçirərək hərbi üstünlük əldə etməsindən sonra Ermənistan tərəfi böyük təşvişə düşüb. Onsuz da vahimə içində olan erməni əhali ümumiyyətlə Qarabağdan çıxmağa çalışır. Ancaq separatçı rejim mülki əhalinin qarşısını postlarla kəsərək ölümə məhkum edir.  
 
Xalqın saxta məlumatlarla başını qatan rejim bu köçün qarşısını almağın yollarını axtarsa da vəziyyət ümidsizdir. 
 
Şahin Həbibov
BAKU.WS