VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

"Burada xidmət edən əsgər ancaq vərəm xəstəliyinə tutula bilər. Döyüş əməliyyatları başlayanda isə buranı qoyub qaça bilər".

BAKU.WS xəbər verir ki, bu sözləri polkovnik İdris Məhərrəmov Real TV-yə müsahibəsi zamanı bildirib. Hərbçimiz erməni əsgərlərin burada anti-sanitar şəraitdə yaşadığını diqqətə çatdırıb.  

Cəbrayıl rayonunun Nüzgar kəndində yerləşən post aviasiya zərbələrinə dayanıqlı olub. Lakin Azərbaycan əsgərinin qətiyyətli səyi və mübarizəsi nəticəsində post tez zamanda mühasirəyə alınıb:

"Bu cür qurğular şəxsi heyətin artilleriya və aviasiya zərbələrindən qorunmaq üçün hazırlanıb. Buna baxmayaraq, bizim əsgərlərin fədakarlığı nəticəsində düşmən burada sadəcə 2-3 saat tab gətirə bilmişdi. Bundan sonra bir qrup əsgər təslim olub. İmkan tapıb mühasirədən qaça  bilənlər isə postu tərk etmişdilər. Burada düşmənin 10-15 nəfər canlı qüvvəsi məhv edilmişdir. 3 döyüş texnikası qənimət olaraq götürülmüşdür. Burada əsgərlər anti-sanitar vəziyyətdə qalıblar".

BAKU.WS
VİDEO