Üfunətli düşmən postunun HEÇ YERDƏ OLMAYAN GÖRÜNTÜLƏRİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Burada xidmət edən əsgər ancaq vərəm xəstəliyinə tutula bilər. Döyüş əməliyyatları başlayanda isə buranı qoyub qaça bilər".
BAKU.WS xəbər verir ki, bu sözləri polkovnik İdris Məhərrəmov Real TV-yə müsahibəsi zamanı bildirib. Hərbçimiz erməni əsgərlərin burada anti-sanitar şəraitdə yaşadığını diqqətə çatdırıb.
Cəbrayıl rayonunun Nüzgar kəndində yerləşən post aviasiya zərbələrinə dayanıqlı olub. Lakin Azərbaycan əsgərinin qətiyyətli səyi və mübarizəsi nəticəsində post tez zamanda mühasirəyə alınıb:
"Bu cür qurğular şəxsi heyətin artilleriya və aviasiya zərbələrindən qorunmaq üçün hazırlanıb. Buna baxmayaraq, bizim əsgərlərin fədakarlığı nəticəsində düşmən burada sadəcə 2-3 saat tab gətirə bilmişdi. Bundan sonra bir qrup əsgər təslim olub. İmkan tapıb mühasirədən qaça bilənlər isə postu tərk etmişdilər. Burada düşmənin 10-15 nəfər canlı qüvvəsi məhv edilmişdir. 3 döyüş texnikası qənimət olaraq götürülmüşdür. Burada əsgərlər anti-sanitar vəziyyətdə qalıblar".
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...