VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Füzuli rayon şəhidlərinin bir qisminin xatirələri eyni məkanda cəmlənib.

Bir il əvvəl bu qəhrəman oğullar silaha sarılaraq düşmən üzərinə getdilər. Kimisi valideynlərini, kimisi ömür-gün yoldaşını, kimisi də göz bəbəkləri kimi qoruduqları övladlarını vətənə əmanət edərək getdilər.

Bu çətin günlərdə bütün ölkə vətəndaşları kimi Füzuli sakinləri də dəmir yumruq ətrafında sıx birləşərək ordumuza dəstək oldu.

Erməni faşistləri rayonun Horadiz qəsəbəsini və kəndlərini dayanmadan hədəfə alsalar da, heç kim öz ev-eşiyini tərk etmədi. Mərdi-mərdanə sonadək əzm nümayiş etdirdilər.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO