Rusiyanın heyəti Ankarada - Qarabağla bağlı görüşlər olacaq

13
noy
2020
14:51
Qarabağdakı atəşkəsdən sonra həyata keçiriləcək fəaliyyətlər çərçivəsində bu gün Rusiyadan geniş tərkibdə bir heyət Ankaraya yollanıb.
BAKU.WS "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Ankaraya gələn heyət ilə Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşları arasında iş yeməyi başlayıb.
Rusiyadan gələn heyət günortadan sonra Türkiyə Müdafiə Nazirliyinə gedəcək və görüşlərdə iştirak edəcək.
Yüksək vəzifəli hərbçilərdən ibarət heyətlər iclaslarda tərəflərin harada dayanacağı, neçə nəfər olacağı, hansı fəaliyyətlərin həyata keçiriləcəyi kimi məsələləri müzakirə edəcək.
Oxşar xəbərlər
Qarabağa dair “Lavrov planı”nın detalları üzə çıxdı
Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş və nüfuzlu beyin mərkəzi hesab edilən Beynəlxalq Böhran Qrupu (İnternational Crisis Group) Dağlıq Qarabağ münaqişəsi...
