Zərdabda faciə: Nənə öldü, nəvəsi ağır vəziyyətdədir
26
may
2026
08:53
Zərdabda ailə faciəsi yaşanıb. Hadisə rayonun Şahhüseynli kəndində qeydə alınıb.
BAKU.WS bu barədə Baku TV-yə istinadən xəbər verir.
Belə ki, kənd sakinləri - 94 yaşlı Güldəstə Ağalarova və onun nəvəsi, 39 yaşlı Ramin Ağalarov yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə yaşlı qadın həyatını itirib. Onun nəvəsi Ramin Ağalarov isə ağır vəziyyətdə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Ramin Ağalarova zəruri tibbi xidmətlər göstərilib və hazırda müalicəsi davam etdirilir.
Oxşar xəbərlər
Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub?
Bloqer Aysel Şükürün keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə 10 sutkalıq inzibati qaydada həbs olunduğu iddia edilib. BAKU.WS xəbər verir ki, b...