Zərdabda 3 nəfər Kürdə batıb
Kürün Zərdab rayonundan keçən hissəsində 3 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızının batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
İsmayılova Nahidə Rəşadət qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Samur-Abşeron su kanalında 2 nəfər batıb
Samur-Abşeron su kanalında 2 nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə, Samur-Abşeron su kana...