Yeznəsini bıçaqlayan şəxsə dörd il həbs cəzası verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vüqar Şəfiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Şəfiyev dörd il altı ay müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Vüqar Şəfiyev birlikdə təmir işləri apardıqları fərdi bağ evinin həyətində alkoqol sərxoşluğu vəziyyətində yeznəsi, zərərçəkmiş Zaur Əmirovla (soyadı şərtidir) heç bir əsaslı səbəb olmadan mübahisə edib. Bu zaman zərərçəkmiş onun fikirləri ilə razılaşmayıb və söyüş söyüb. Sonra Vüqar yeyib-içdikləri masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Zaurun qarın nahiyəsindən qəsdən vuraraq ona bədən xəsarəti yetirib.
Hadisədən sonra Vüqar Şəfiyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Oxşar xəbərlər
10 nəfərdən rüşvət almaqda təqsirləndirilən bağça müdiri ilə bağlı YENİ MƏLUMAT
Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başla...