Azərbaycan manatının nominal və real effektiv məzənnələri artıb
03
okt
2026
13:02
Bu il sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 104,9 bənd təşkil edib.
BAKU.WS bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu, aylıq müqayisədə eyni, ilin əvvəlinə nisbətən 2,4 bənd, 2025-ci ilin sentyabrın 1-i ilə müqayisədə 2,2 bənd çoxdur.
Hesabat dövrüdə real effektiv məzənnə 115,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,3 bənd, ilin əvvəlinə nisbətən 0,1 bənd az, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 1,1 bənd çox olub.
Oxşar xəbərlər
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,75 ABŞ dolları və ya 0,6 % azalaraq 124,01 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...