Yevlaxda ermənilərin müharibə vaxtı atdığı 17 ədəd kasetli bomba TAPILDI
Yeniliklərdən dərhal xəbərdar olun
Fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat yayıb.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.
Oxşar xəbərlər
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb
Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb. BAKU.WS-ə daxil olan məlumatda deyilir: "Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisin...