Ermənilərin kimyəvi silahdan istifadə etdiyi təsdiqləndi - FOTO
Tərtərdə kimyəvi tərkibli top mərmisi aşkar edilib. Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən bildiriblər.
Mayın 10-da Agentlik tərəfindən Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat:
Tərtər rayonu
Qarağacı kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar edilib, gün ərzində 28 000 kv.m ərazi yoxlanılıb.
Qazyan kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 2 500 kv.m ərazi yoxlanılıb.
Əskipara kəndi - əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd ağ fosforlu 122 mm-lik top mərmisi aşkar edilib, 20 kv.m ərazi yoxlanılıb. Sursatın zərərsizləşdirmə əməliyyatları sabah davam edəcək.
Cəmi: Gün ərzində 3 ev və həyətyanı sahələrdə, 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, 30 520 kv.m ərazi yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 900 kv.m ərazi yoxlanılıb, heç bir PHS aşkar olunmayıb.
Ağcabədi rayonu
Qaraxanlı kəndi - 1 ev və həyətyanı sahədə, 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 11 000 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 464 kv.m ərazi qəlpələrdən təmizlənib, heç bir PHS aşkar olunmayıb.
Mayın 10-da 4 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 12 partlayış yerinə baxış keçirilib, 2 ədəd (1 ədəd 122 mm-lik top mərmisi (ağ fosforlu) və 1 ədəd 152 mm-lik top mərmisi) partlamamış hərbi sursat aşkar edilib. Gün ərzində 42 884 kv.m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 10 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 457 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 419 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
BAKU.WS
Oxşar xəbərlər
Apreldə 7,412,514 m2 ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
2016-cı ilin aprel ayı ərzində 7,412,514 m2 ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə BAKU.WS-ə Azərbaycan Ərazilərini...