Apreldə 7,412,514 m2 ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Apreldə 7,412,514 m2 ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Hadisə 1181
 

2016-cı ilin aprel ayı ərzində 7,412,514 m2 ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Məlumata görə, 1,707 ədəd PHS, 6 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Cəmi 1722 ədəd PHS istifadəyə yararsız hala salınıb. 

Əməliyyatlarda 402 nəfər əməliyyat heyəti və 228 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 327,855,880 m2 ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 718,029-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Cəbrayıl, Cəlilabad, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.

2016-cı ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kənddən top mərmisi tapıldı

Kənddən top mərmisi tapıldı

Bu gün cəbhəboyu rayonların ərazilərində 12 partlayış yeri yoxlanılıb. Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Mil...

1093 Hadisə 21:01 29 aprel 2016

Son xəbərlər