ANAMA cəbhədə axtarış apardı - FOTO
Cəbhəboyu rayonlarda 29 partlayış yerinə baxış keçirilib. Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.
Tərtər rayonu
Əskipara kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 17 500 kv.m ərazi yoxlanılıb.
Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə və 1 əkin sahəsində 15 partlayış yerinə baxış keçirilib, 9000 kv.m ərazi yoxlanılıb.
Yuxarı Qapanlı kəndi - 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkar edilməyib. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq 500 kv.m ərazi yoxlanılıb.
Qaynaq kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, təhlükəsizlik tədbirlərini nəzərə alaraq, 200 kv.m ərazi yoxlanılıb.
Cəmi: 4 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 21 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, 27 200 kv.m ərazi təmizlənib.
Ağdam rayonu
Çəmənli kəndi - 4 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 12 600 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Şükürbəyli kəndi - 2 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 614 kv.m ərazi yoxlanılıb.
Mingəçevir şəhəri - Sahil qəsəbəsi, Təbriz küçəsində qazıntı aparılan ərazidə 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, 1 000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).
Mayın 16-da 4 ev və həyətyanı sahədə, 9 əkin sahəsi, 29 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış OR-281U 57 mm-lik top mərmisi aşkar olunaraq götürülüb, gün ərzində 41 414 kv.m ərazi təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 16 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir və Bakı şəhərlərində 486 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 421 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
BAKU.WS
Oxşar xəbərlər
Erməni mərmilərindən təmizlənən ərazilərimiz (FOTO)
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sur...