Erməni mərmilərindən təmizlənən ərazilərimiz (FOTO)

Erməni mərmilərindən təmizlənən ərazilərimiz (FOTO)
Hadisə 1508

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan BAKU.WS-ə verilən məlumata görə, hesabat ötən günə aiddir. 

Hesabata əsasən, Tərtər, Füzuli və Ağdam rayonu ərazilərində baxış keçirilən ərazilər qeyd edilib. Ötən gün 5 ev və həyətyanı sahədə, 6 otlaq sahəsi daxil olmaqla 15 partlayış yerinə baxış keçirilib. 

Tərtər

Ağkənd kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 14 000 kv. m ərazi yoxlanılıb. 

Qazyan kəndi - 2 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, 10 000 kv. m ərazi yoxlanılıb. 

Qaynaq kəndi - 3 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, 600 kv. m ərazi yoxlanılıb.

Gün ərzində 5 ev və həyətyanı sahədə, 3 otlaq sahəsində 12 partlayış yerinə baxış keçirilib. 24 600 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Çəmənli kəndi – 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 5 000 kv. ərazi qəlpələrdən təmizlənib. Heç bir PHS aşkar olunmayıb.

Füzuli rayonu

Şükürbəyli kəndi – 2 əkin sahəsində  2 partlayış yerinə baxış keçirilib, 420 kv.m ərazi qəlpələrdən təmizlənib. PHS aşkar olunmayıb. 

Ümumilikdə agentlik tərəfindən 7 aprel-13 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 474 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 12 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. 1 420 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. 

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər