Yaşlı kişinin 200 manat təqaüdünü əlindən aldılar
18
okt
2019
14:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qobustan rayonunda təqaüdçü kişinin pulları əlindən alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Şamaxı RPŞ-yə müraciət edən Qobustan rayon sakini X.Nəzərovun oktyabrın 17-də Şamaxı şəhəri ərazisindəki bankomatların birində pulunu çıxarmasına köməklik edən şəxsin onun 200 manatını çıxararaq aparmasını bildirib.Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini H.Yadigarlı müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 70 minlik oğurluq
Bakıda 70 minlik cinayət törədən şəxsi polis saxlayıb.Daxili İşlər Nnazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Səbail rayon Pol...