Bakıda qadını döyüb planşetini əlindən aldılar – FOTO

Bakıda qadını döyüb planşetini əlindən aldılar – FOTO
Hadisə 857

Bakıda qadını döyüb, planşetini əlindən alan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verib.verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ş.Nəbiyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.Quldurluq yolu ilə əldə etdiyi planşet polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Avtobusda qadın soyuldu

Avtobusda qadın soyuldu

Marşrutda qadının çantasından oğurluq edən şəxs tutulub.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, yanv...

660 Hadisə 13:15 01 fevral 2019

Son xəbərlər