Bakı sakininə “Niva”da hücum etdilər

Bakı sakininə “Niva”da hücum etdilər
Hadisə 899
Bakıda soyğunçuluq hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirib.Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar başlanılıb. Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda şantaj: Rüsvay edəcəkdi, özü rüsvay oldu

Bakı metrosunda şantaj: Rüsvay edəcəkdi, özü rüsvay oldu

Hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 14-də B...

2153 Hadisə 15:07 15 yanvar 2019

Son xəbərlər