Bakı metrosunda sərnişinlərin qəniminə çevrilən şəxslər saxlanıldı - FOTO

Bakı metrosunda sərnişinlərin qəniminə çevrilən şəxslər saxlanıldı - FOTO
Hadisə 2805
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında və qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə. dekabrın 18-də saat 9 radələrində Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın “28 May” stansiyasının platformasında cibindən “İphone 5S” markalı mobil telefonunun oğurlandığını bildirib.
Bildirilib ki, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və o, “20 Yanvar” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalarla onun Zəngilan rayon sakini, əvvəllər də oğurluq və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Xəqani Cavadov olduğu müəyyən edilib.
Abşeron rayon sakini olan qadının “Samsung” markalı mobil telefonunun metronun “Nizami” stansiyasında oğurlanması barədə daxil olmuş digər müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev polis əməkdaşları tərəfindən metronun “28 May” stansiyasının yaxınlığına saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır. BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda aptek qarət olundu

Bakı metrosunda aptek qarət olundu

Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də “Koroğlu” stansiyasının girişindəki aptekdən 6330 manat pulun oğurlanması barədə müraciət...

882 Hadisə 13:30 17 dekabr 2018

Son xəbərlər