Bakıda dələduzluq və soyğunçuluq edən şəxs saxlanılıb
25
apr
2019
13:30
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini olan yeniyetmənin soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub. Araşdırmalarla naməlum şəxsin A.M.Şərifzadə küçəsində yeniyetmənin pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə aldığı məlum olub.Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Ağdam rayon sakini, əvvəllər də soyğunçuluq və dələduzluğa görə məhkum olunmuş Təbriz Zeynalov olduğu müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Avtobuslarda cibgirlik edən şəxs saxlanıldı
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ictimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmət...