Qəbiristanlıqda Bakı sakininin başına oyun açdılar
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.İsmayılov oktyabrın 28-də rayon ərazisindəki qəbiristanlıqda 2 nəfərin onu döyərək pulunu və 2 ədəd mobil telefonunu aldığını bildirib.
DİN BAKU.WS-ə verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırmalarla Bərdə rayon sakini olan Sənan Səlimov və Ağdam rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nicat Abdullayevin digər cinayət əməllərinin də üstü açılıb.
Belə ki, onların oktyabrın 27-də soyğunçuluq yolu ilə Bərdə rayon sakini olan bir yeniyetmənin pulunu və mobil telefonunu aldıqları da müəyyən edilib.
Nizami RPİ-də araşdırma aparılır.
BAKU.WSOxşar xəbərlər
Bakıda maskalı şəxslər 82 yaşlı qadını döyüb, qarət etdilər
Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-...