Bakıda maskalı şəxslər 82 yaşlı qadını döyüb, qarət etdilər

Bakıda maskalı şəxslər 82 yaşlı qadını döyüb, qarət etdilər
Hadisə 1093
Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, Bakı şəhər sakini olan 82 yaşlı qadın Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edib.Yaşlı qadın bildirib ki, həmin gün saat 18 radələrində Buzovna qəsəbəsindəki evinə girmiş 2 maskalı şəxsin onu döyərək evdən 1000 manatını və mobil telefonunu apardıqlarını bildirib.Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar.Araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda ər və arvadı döyərək 25000 manat pul aldılar

Bakıda ər və arvadı döyərək 25000 manat pul aldılar

Bakıda kişini və arvadını döyərək 25000 manat pulunu alan şəxslər saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə verdi...

1444 Hadisə 13:45 11 oktyabr 2018

Son xəbərlər