Yaqub Zurufçu Vergilər Nazirliyini məhkəməyə verib
13
fev
2018
10:09
Tanınmış müğənni Yaqub Zurufçu Vergilər Nazirliyi (VN) yanında Bakı şəhər Lokal Gəlirlər Departamentini məhkəməyə verib."Report"un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Y.Zurufçu onunla bağlı sanksiya qərarının qismən ləğv edilməsi barədə tələb irəli sürüb.Məhkəmə iddia tələbini təmin edib. Qərardan narazı qalan Vergilər Nazirliyinin Departamenti apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.Nazirliyin departamenti daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Şikayətə Ali Məhkəmədə baxılacaq.BAKU.WS
Oxşar xəbərlər
Məhkəmə ANS-lə bağlı çıxarılmış qərarı ləğv etdi
"Sharks" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə “ANS ÇM” Yayım və Media Şirkəti arasında gedən məhkəmə çəkişməsi başa çatıb.BAKU.WS "Report"-a istinadən xəbər...