Borcunu ödəmək istəməyən dövlət qurumu “Azərsu”nu məhkəməyə verib
01
apr
2017
17:12
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Sabunçu Telefon Qovşağı "Azərsu” ASC-ni məhkəməyə verib.
BAKU.WS "Report"un məlumatına görə, Sabunçu Telefon Qovşağı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 19 596 manat borcun silinməsini istəyib.
Məhkəmə qətnamə çıxararaq qovşağın iddia tələbini təmin edib. Həmin qərardan narazı qalan cavabdeh - "Azərsu” ASC apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 4-nə təyin edilib. İşə hakim Elmira Nağıyevanın sədrliyi ilə baxılacaq.
BAKU.WS
Oxşar xəbərlər
Məhkəmədən ANS-ə daha bir pis xəbər
Bakı Apellyasiya Məhkəməsində "ANS Müstəqil Yayım və Media” Şirkətinin keçmiş əməkdaşı, kompüterçi-montajçı Sərxan Vəliyevin həmin şirkətə qarşı məhkəmə qərarın...