Yanan maşını öz avtomobili ilə vurub çıxardı
Dünən Yevlax şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birində baş verən yanğınla bağlı bəzi detallar məlum olub.
Baku TV-nin məlumatına görə, hadisə zamanı şəhər sakini Cavid Atakişiyev öz həyatını təhlükəyə ataraq özünə məxsus avtomobillə alovlanan maşını geriyə itələyib və onu yanacaqdoldurma məntəqəsindən uzaqlaşdırıb. Bununla da daha böyük təhlükənin və mümkün partlayışın qarşısının alınmasına kömək edib.
Cavid Atakişiyev hadisə anını belə xatırlayıb:
"Maşını çəkdim qırağa. Burada bizim bir qohum var, onunla oturub çay içirdik. Bu zaman partlayış baş verdi. Çevrilib gördüm ki, maşını alov tutub. Alovdan avtomobilə yaxın durmaq mümkün deyildi. Onda ağlıma gəldi ki, bunu yalnız öz maşınımın arxasından vurub çıxara bilərəm ki, yanacaqdoldurma məntəqəsinə çox zərər dəyməsin. Anidən qərar verdim və bu addımı atdım. Həm böyük zərərin qarşısını almaq, həm də burada çox sayda insan olduğu üçün onları düşünərək belə etdim".
Oxşar xəbərlər
Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 man...