Yaşayış binasında yanğın – Sakinlər təxliyyə olundu, 4 polis zəhərləndi
21
fev
2019
12:11
Fevralın 20-də gecə saat 3 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin “Qurtuluş-93” yaşayış sahəsindəki 8 saylı binanın 1-ci mərtəbəsində yerləşən elektrik şitində yanğın baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, dərhal polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumları hadisə yerinə gəliblər. Sakinlərin yanğından xilas edilməsi məqsədi ilə təxirəsalınmaz tədbirlər görülüb.Polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməkliyi ilə sakinlər təxliyə olunmuş, onların təhlükəsizliyi təmin edilib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.Bina sakinlərinin təxliyyəsi zamanı Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənov tüstüdən zəhərləndikləri üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilmiş, burada onlara ilkin tibbi yardım göstərilib.Hazırda polis əməkdaşlarının vəziyyəti normaldır və xidmətlərini davam etdirirlər.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Binəqədidə yaşayış binası yandı – 15 nəfər təxliyə olundu
Bu gecə Binəqədi rayonunda yanğın baş verib.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə doqquzmərtəbəli yaşayış bi...