Bakıda yaşayış binasında güclü yanğın (YENİLƏNİB, VİDEO)

Bakıda yaşayış binasında güclü yanğın (YENİLƏNİB, VİDEO)
Video
Hadisə 5999
Bakıda yaşayış binasında yanğın baş verib, iki polis əməkdaşı zəhərlənib.APA-nın xəbərinə görə, Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanındayerləşən binanın girişindəki mağazada yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Mənzildə olan insanlar təxliyyə olunub, hadisə nəticəsində iki polis əməkdaşı tüstüdən zəhərlənib. Onlar 1 saylı Klinik Tibbi Mərkəzə aprılıb.Hadisaə zamanı tüstüdən zəhərlənən 2004-cü il təvəllüdlü Kərəm Səfərli, 2006-cı il təvəllüdlü Elcan Səfərli və 2009-cu il təvəllüdlü Selcan Səfərliyə də ilkin tibbi yardım göstərilb, vəziyyətləri normaldır. Zərərçəkənlər qohumdurlar.***11:42Bakıda yaşayış binasında yanğın başlayıb. Bu barədə BAKU.WS-ə hadisə şahidləri məlumat verib. Yanğın hadisəsi “28 May” metrosu yaxınlığında baş verib. Məlumata görə, yanğın binanın birinci mərtəbəsindən başlayıb və üşüncü mərtəbəyə qədər davam edir. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Sakinlər vaxtında təxliyyə edildiyi üçün xəsarət alan olmayıb və yanğın söndürülüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. BAKU.WS

Son xəbərlər