Xəzərdə xilasedicilərin ŞOK əməliyyat kadrları yayıldı (VİDEO)

Xəzərdə xilasedicilərin ŞOK əməliyyat kadrları yayıldı (VİDEO)
Video
Hadisə 5151

Ötən gün Xəzərdə batma təhlükəsi ilə üzləşən balıqçılar FHN əməkdaşları tərəfindən xilas edilməsinin kadrları yayılıb.

BAKU.WS xəbər verir ki, helikopter vasitəsi ilə balıqçılar dənizdən sağ-salamat xilas ediliblər.

10 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib.

Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunub. Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.

 

Aynur Ələkbərova

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər