Xəzərdə itkin düşən 3 balıqçı xilas oldu
Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri, texniki-müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nə-zarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.
BAKU.WS-in DSX-yə istinadla verdiyi məlumata görə, 16 yanvar tarixində, saat 18:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin "Mayak” sahil nəzarəti məntəqəsinə bir ədəd qayığın 3 nəfər balıqçı ilə birlikdə dənizdən qayıtmadığı barədə məlumat daxil olub.
Qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 3,8 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkar edilib.
Neftçala rayon Kürkənd kənd sakinləri Əhmədov Taleh Hacıbala oğlu, Şirəliyev İxtiyar Şirəli oğlu və Ağacanov Bəxtiyar Əsəd oğlu saat 00:30-da xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıb.
BAKU.WS
Oxşar xəbərlər
Kəmaləddin Heydərov və Elçin Quliyev təcili "Günəşli" yatağına getdi (FOTO)
4 dekabr 2015-ci il tarixdə Xəzər dənizindəki "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın ilə əlaqədar Dövlət Sərhəd Xidmətin...